Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsindən azad edilib.
SİA xəbər verir ki, bu barədə KTMT-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ermənistan tərəfinin təşəbbüsü ilə müəyyən edilmiş qaydalara uyğun olaraq Xaçaturovun vaxtından əvvəl geri çağırılması proseduru başa çatıb. KTMT baş katibinin vəzifələrinin icrası təşkilatın baş katibinin müavini Valeri Semerikova həvalə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB