Gürcüstan DİN aşayişə nəzarət edir

Gürcüstan DİN aşayişə nəzarət edir

Gürcüstanda mobil polis dəstələri prezident seçkiləri günündə asayişə nəzarət edir. SİA Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

"Gürcüstanın bütün regionlarında ictimai təhlükəsizliyi və asayişi qorumaq üçün mobil polis dəstələri yaradılıb. Onlar zəruri hallarda qanuni səlahiyyətlər çərçivəsində qanun pozuntularına reaksiya verəcək və asayişi qoruyacaq", - bəyanatda deyilir.

Bu gün Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə keçirilir. Ölkədə 3648 seçki məntəqəsi açılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə