Ohanyan istintaq xidmətində dindirilib

Ohanyan istintaq xidmətində dindirilib

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 1 mart 2008-ci il hadisələri ilə bağlı xüsusi istintaq xidmətində dindirilib. SİA-nın verdiyi xəbərə görə, bu barədə "Armenpress" informasiya agentliyi etibarlı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, xüsusi istintaq xidməti məlumatı şərh etməkdən imtina edib.

Xatırladaq ki, 2008-ci ilin 1 mart tarixində erməni ordusu tərəfindən dinc aksiya iştirakçılarına atəş açılıb, nəticədə 10 nəfər ölüb, 250 nəfər isə yaralanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə