Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın bir sıra bələdiyyə başçıları və üzvlərinin işğal altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməsinə münasibət bildirib. SİA-nın xəbərinə görə, bununla bağlı jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, Fransa Xarici İşlər Nazirliyindən Dağlıq Qarabağı ayrı dövlət kimi tanımadıqlarını bildiriblər.
Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda Fransa səfiri ilə görüşdüyünü deyən nazir söyləyib: "Səfirə də bildirdim ki, əgər kimsə müəyyən tapşırıqlardan imtina edirsə, Fransa hökuməti öz tərəfindən müvafiq tədbir görsün. Diplomat isə vurğuladı ki, bu məsələ ilə bağlı məlumatları Parisə göndərəcək və cavabı Azərbaycan tərəfinə təqdim edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə