Amerikanın xəbər jurnallarından "Time"ın istifadəçiləri arasında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın uzun müddət birinci olduğu "İlin adamı" sorğusunda "Wikileaks"ın qurucusu Culian Assanj liderliyə yüksəlib.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, baş nazir Ərdoğan isə siyahıda ikinci olub.
Assanj ümumilikdə 1 milyon 249 min 425 səs alıb. Baş nazir Ərdoğanın səsləri isə ondan 148 min 383 az olub.
Səsvermədə ilk onluqdakı digər yerləri Ledi Qaqa, Con Stüart və Stefen Kolbert, Qlenn Bek, Barak Obama, Stiv Job, Çilili mədən işçiləri, amerikalı işsizlər və Mark Zükeberq tutublar.
"Time"ın redaktorlarının seçimi isə sabah müəyyənləşəcək. Qeyd edək ki, oxucuların seçimi ilə redaktorların seçimi fərqli ola bilir.
Bu səbəbdən də "Time" redaktorlarının sabah yayımlanacaq "Good Morning America" proqramında elan edəcəkləri "İlin adamı" Assanj olmaya da bilər. Çünki redaktorlar Assanjın "ilin adamı" elan edilməsinin dərginin "Wikileaks"ın qurucusuna dəstək kimi başa düşüləcəyindən narahatdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB