“Bu cür aşağı səviyyəli mitinqlərin təşkil olunmasının əleyhinəyəm” AÇIQLAMA
Dağıdıcı müxalif ünsürlər hər zaman milli və dövlətçilik maraqlarına qarşı çıxıblar. Səbəbdə xarici maraqlı dairələrin onları bu işə məcbur etmələridir. Dəfələrlə Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və digərləri Qarabağdan danışıb, işğalın aradan qaldırılmasından söhbət açıblar. Ancaq araşdırmalar göstərir ki, onların sözləri ilə əməlləri üst-üstə düşməyir. Əslində erməni maraqlarına xidmət etməklə Qarabağ kimi xalqın yarasına zərbə vurublar. Bu dəfə də belə oldu, konstruktiv mövqeyə yaxın bəzi müxalifət mövqeli şəxslər və partiyalar Qarabağla bağlı mitinq keçirən zaman dil qəhrəmanları mitinqə qatılmadılar. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da SİA-ya açıqlamasında bildirdi ki, dağıdıcı müxalif ünsürlərin mitinqə qatılmamaları onların milli maraqlardan kənarda qalmağa üstünlük verdiklərini göstərmiş oldular: “Əgər Qarabağla bağlı mitinq keçirilirsə, bu halda siyasi mövqeyindən asılı olmayaraq bütün qüvvələr birləşməli idi. Yəni söhbət torpaqlarımızın qaytarılması iddiasını ortaya qoymaqdan gedirsə onda hər kəs vahid mövqedən çıxış etməlidir. Bu cür aşağı səviyyəli mitinqlərin təşkil olunmasının əleyhinəyəm. Əli Kərimlinın, İsa Qəmbərin, Arif Hacılının və digərlərinin Qarabağla bağlı keçirilən mitinqə qatılmamaları məsələsinə gəlincə isə, bu adamlar üçün vətən, millət xalq və dövlət anlayışı çoxdan bitib. Bunlar üçün bir anlayış var. Bu da burada fon yaradaq xaricidə olan havadarlarından maliyyə vəsaiti əldə edərək ciblərini doldurmaq. Çox güman ki, həmin xaricdə ki, anti-Azərbaycan qüvvələr sözü gedən şəxslərə Qarabağla bağlı keçirilən mitinqlərə qatılmamaq barədə göstəriş veriblər. Onlarda əmri yerinə yetiriblər”.
T.Novruzovun sözlərinə görə, Qarabağ məsələsinin beynəlxalq hüquq normalarına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəməyən qüvvələr var: “Əgər Ə. Kərimliyə, A.Hacılıya, İ.Qəmbərə və digərlərin pul verən, sifariş verən deyirsə ki, mitinqə getmə təbii ki, getməyəcəklər. Bu baxımdan, onların mitinqlərə qatılmamalarının kökündə xarici qüvvələrin birbaşa təsiri dayanır. Yəni, onların xaricidə olan “ağaları” tapşırıq verib ki, Qarabağla bağlı keçirilən mitinqə getməyin, qarışmayın, çünki bu cür mitinqlər bizim planlarımıza ziddir. Onların planlarında ancaq Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmaq və ölkəmizdə xoşa gəlməyən bir vəziyyət yaratmaqdan ibarətdir. Amma onların ölkəmiz ilə bağlı planları heç vaxt baş tutmayacaqdır”.
T.Novruzov onu da bildirdi ki, bu artıq bir faktdır ki, 25 ildə müxalifət milli siyasi məkanda yalnız öz maraqlarının təmin olunması baxımından fəaliyyətini qurub. Məhz adlarını müxalifət qoyan bu qaragüruhçular ölkəmizdə ictimai siyasi proseslərdə uğur qazana bilməyiblər, ictimai dəstəkdən məhrum olunublar. Xarici məkrli qüvvələrin sifarişlərini yerinə yetirməklə ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmağa can atan Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı özlərinə maddi imkanlar qazandırıblar. Bir yerdə nifrət varsa onda həmin yerdə hər hansı bir irəliləyişin olmasından söhbət edə bilməz. Onlara Azərbaycan xalqı tərəfindən nifrət var. Demək olar ki, müxalifətin var olub olması cəmiyyət üçün maraqlı deyil. Belə olan halda da, yaxşı olardı ki, müxalifət sakitcə öz yerində otursun və ya siyasi prosesləri tərk etsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB