Bu gün “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısı keçiriləcək
Bu gün Brüsseldə "Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısı keçiriləcək. SİA-nın xəbərinə görə, toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək.
İclasda 2010-cu il ərzində proqram çərçivəsində görülən işlər müzakirə olunacaq eyni zamanda "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlığın inkişafı istiqamətində atılacaq növbəti addımlar və sahələr müəyyən olunacaq.
Qeyd edək ki, proqrama üzv olan ölkələrin xarici işlər nazirlərinin toplantısı ildə bir dəfə, dövlət başçılarının toplantısı isə iki ildən bir keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB