Meksikada və İtaliyada aviaqəza baş verib

Meksikada və İtaliyada aviaqəza baş verib

Meksikanın Verakrus ştatında aviaqəza baş verib. SİA-nın rus mətbuatına istinadən veridiyi xəbərə görə, polis xidmətinə məxsus vertolyot ştatın Verakrus şəhərində yerləşən federal həbsxana istiqamətində hərəkət edərkən yerə çırpılıb. Hadisə zamanı vertolyotun göyərtəsində 11 nəfərin olduğu bildirilir. Baş vermiş qəzada 3 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. İlkin ehtimala görə, qəzaya pis hava şəraiti səbəb olub. Qəzaya uğrayan vertolyotun markası barədə məlumat verilmir. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Növbəti aviaqəza İtaliyanın paytaxtı Roma şəhərində baş verib. "Piper" Pa-34 markalı təyyarə paytaxtın şimal-qərbində yerləşən Urbe hava limanından havaya qalxdıqdan bir qədər sonra avtobus deposunun üzərinə çırpılaraq alışıb. Nəticədə, təyyarənin pilotu ölüb, yerdə xəsarət alan olmayıb. Qəzanın səbəbi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə