Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, dördüncü çağırış Milli Məclisin payız sessiyasında ilk iclasa toplaşan komitə üzvləri işgüzar və səmərəli diskussiya aparıblar. Komitənin sədri Nizami Cəfərov öncə deputat həmkarlarına parlamentin qanunvericilik işində və beynəlxalq əlaqələrinin genişlənməsində uğurlu fəaliyyət arzulayıb. Sonra komitənin ötən çağırışdakı qanunvericilik təşəbbüslərindən söz açaraq yaradıcılıq ittifaqları, mədəniyyət haqqında, adlar və soyadlar, mərasimlər barədə hazırlanmış yeni qanun layihələrindən danışıb.
İclasda Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" Azərbaycan Respublikası qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında" Azərbaycan Respublikası qanununun qüvvədən düşmüş hesab edilməsi barədə" qanun layihəsini təqdim edib. Fikir mübadiləsi zamanı deputatlar teleradio yayımlarında AİDS-in profilaktikasına dair maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişinə müntəzəm vaxt ayrılması vacibliyini də vurğulayıblar. Ətraflı müzakirələr aparılıb.
Sonra komitədə "Təhsil haqqında" qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında məsələyə baxıldı. Deputatların rəy və təklifləri dinlənilib. Cari məsələlərin müzakirəsi zamanı komitənin sədr müavini Rafael Hüseynov, deputatlar Jalə Əliyeva, Zeynəb Xanlarova, Sahibə Qafarova, Leyla Abdullayeva Mədəniyyət komitəsinin perspektiv fəaliyyətinə dair fikirlərini bölüşüblər, konkret təkliflərini bildiriblər.
Fikir mübadiləsinin yekununda gündəlikdəki məsələlərin Milli Məclisin plenar iclasının müzakirəsinə verilməsi məqsədəuyğun sayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB