"Yerevan Today” saytının baş redaktoru Sevak Akopyan: “Kompüterim müsadirə olunub, özü də həmin müsadirə təkrar yoxlamalar zamanı baş verib”
Nikol Paşinyanın diktator rejimi bu dəfə köhnə hakimiyyət sisteminin ardınca, media üzərinə doğru yeriyib. Belə ki, onun növbəti hədəfi “Yerevan Today” saytı və həmin saytın baş redaktoru Sevak Akopyan olub. Məsələ ondadır ki, “Yerevan Today” saytı müstəqil informasiya agentliyi kimi Nikol Paşinyanın fəaliyyətini tənqid edib, eyni zamanda, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın təbliğində daha çox mövqe nümayiş etdirib. Eyni zamanda, Paşinyan hakimiyyətinin bu və ya digər sahələrdə buraxdığı ciddi səhvləri analiz edən sayt müxtəlif politoloqların, ekspertlərin rəylərinə geni yer ayıraraq, siyasi mövzularda polemikalar təşkil edib. Həmçinin qeyd edək ki. Adıçəkilən sayt bütün bunlarla yanaşı, videomüsahibələri ilə də yadda qalır.
Nikol Paşinyan hakimiyyəti isə artıq avtoritar idarəçilik sistemini daha da möhkəmləndirmək üçün, onlara sərf etməyən məlumatları yayan saytlara, o cümlədən, yazılı mətbuata qarşı basqı kampaniyalarına başlayıb. Təhdilər, axtarışlar, xəbərdarlıqlar artıq digər KİV-lərə qarşı da aparılmaqdadır. Lakin ilk açıq zərbə məhz Sevak Akopyanın baş redaktoru olduğu “Yerevan Today” saytına vurulub.
Redaksiyaya basqını və axtarışı “altıncı şöbə” deyilən Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi, eyni zamanda Ermənistanın İstintaq Komitəsi edib.
Səhər saat 8:30-da gəldilər və mənim kompüterimi, eləcə də digər kompüterlərin sərt disklərini apardılar”. SİA xəbər verir ki, bu barədə erməni mətbuatına “Yerevan Today” informasiya saytının baş redaktoru Sevak Akopyan deyib. Onun sözlərinə görə, redaksiyasına basqını və axtarışı “altıncı şöbə” deyilən Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi, eyni zamanda Ermənistanın İstintaq Komitəsi edib.
“Kompüterim müsadirə olunub, özü də həmin müsadirə təkrar yoxlamalar zamanı baş verib”, deyə qeyd edən adıçəkilən saytın baş redaktoru bunun əvəzində ona hər hansı bir əsasın gətirilmədiyi də deyilib.
Sevak Akopyanın qeyd etdiyinə görə, onun qənaətincə səbəb budur ki, texniki xətalara görə, sayt Milli Təhliüsizlik Xidmətinin (MTX) və Xüsusi İstintaq İdarəsinin (Xİİ) rəhbərlərinin telefon danışıqlarının audioyazısını guya digər KİV-lərdən fərqli olaraq, 2 gün əvvəlcədən ictimailəşdirib. Onun sözlərinə görə, bu, saytın texniki xətasıdır və “Yerevan Today” audioyazını digərlərindən fərqli olaraq, gec ictimailəşdirib. Belə ki, digər KİV-lərdəki materiallarda səs yazısının tam stenoqrammı verilib.
Saytın rəhbəri: “Mən, polisin bu hərəkətlərini məsuliyyətsizlik kimi qiymətləndirirəm”
Baş redaktoru vurğulayıb ki, o və əəməkdaşlar basqın edənlərə anlatmağa çalışıblar ki, bu texniki xətadır və “Google” ilə əlaqəlidir. Belə ki, MTX və Xİİ rəhbərlərinin mətbuat konfransları da iki gün öncənin tarixini göstərib. “Əgər məntiqi baxımdan yanaşarsaq, onlar bu barədə iki gün öncə necə öyrənə bilərdilər?”, deyə Akopyan sual edib.
Beləliklə, sayt rəhbəri polisin bu hərəkətinin heç bir qanuna sığmadığını deyib. “Mən, polisin bu hərəkətlərini məsuliyyətsizlik kimi qiymətləndirirəm”, deyən Sevak Akopyan həmçinin qeyd edib ki, baş verənlər saytın fəaliyyətinə zərər vurmaq cəhdidir və kompüterlərdə heç nə tapa bilməsələr belə, onsuz da heç bir məlumat verməyəcəklər.
Jurnalistlərin “Yerevan Today” saytının Ermənistanın ikinci prezidenti Robert Koçaryana məxsus olması ilə bağlı suallarını da cavablandıran Akopyan “Robert Koçaryanın bu syta heç bir aidiyyatı yoxdur” cavabını verib.
Nəticə olaraq, görünən budur ki, artıq Nikol Paşinyan onun yoluna çıxacaq siyasilərlə, ictimai insanlarla yanaşı, jurnalistləri də hədəfə almağa başlayıb və əsas məqsəd KİV-i susdurmaqdır. Hər halda, diktatura rejimi cücərməkdədir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB