Borclu abonentlərin işıqlarının kəsilməsinə başlanıb - Açıqlama

Borclu abonentlərin işıqlarının kəsilməsinə başlanıb - Açıqlama
"Bakıelektrikşəbəkə" ASC bu gündən etibarən borclu abonentlərin işıqlarını kəsir. Bu barədə SİA-ya "Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlama verib. Onun sözlərinə görə, hazırda ərazidə müşahidə aparılır: "Biz indi ərazilərdə müşahidə aparırıq. Borcunu ödəməyənlərin işıqlarını kəsməyə başlamışıq. Heç bir halda borclulara güzəşt edilməyəcək".

Mövzu ilə əlaqədar əvvəlcədən xəbərdarlıq edildiyini deyən mətbuat xidmətinin rəhbəri borcluların sayında azalma müşahidə olunduğunu da qeyd edib: "Bu barədə biz əvvəlcədən məlumat vermişdik. Hazırda borcluların sayı haqda konkret rəqəm demək obyektiv olmaz, amma təchizatın dayandırılacağını xəbərdarlıq etdiyimiz gündən bu yana borclarını ödəyənlər çoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə