“REAL” partiyasının sədri İlqar Məmmədov azadlığa buraxılandan bir neçə gün sonra necə deyərlər, susqunluğunu pozdu, ancaq necə...
Elə ilk mətbuat konfransındaca daxilində formalaşmış bəlli simptomlar üzə çıxdı – “hazırkı qərarla razı deyilik”, “tam qələbə üçün sona qədər gedəcəyik” və s. və i...
Ən anlamaz insanda belə, müəyyən hisslər mövcud olur ki, həmin hisslərdən biri də həyatında baş verən hər hansı bir olaydan sonra şükür etməkdir. Ancaq belə görünür ki, İ.Məmmədovda nəinki imana etiqad, heç öz inamına da etiqadı yoxdur. Yəni, nə iman, nə də inam hissi “REAL” adlı partiyanın sədrində ümumiyyətlə, mövcud deyil. Bu baxımdan, onun qeyri-reallığı keçirdiyi ilk konfransdaca üzə çıxdı.
3 hissəli mətbuat konfransı Hindistan melodramına belə çevrildi...
İndi isə keçək əsas mətləbə. O mətləbə ki, İ.Məmmədov ona ünvanlanan suallara cavab verməklə, özündən saxta qəhrəman düzəltməyə çalışdı. Ətrafına yığdığı və biri o birilərinə, o biriləri də birinə dəyməyən vəkilləri ilə siyasi artistizm yapan Məmmədov özünün cəmiyyət üçün maraqlı olmadığını yaxşı bildiyi üçün, 3 hissəyə ayırdığı (???-R.N.) konfransının birinci hissəsini keyfiyyətsiz Hindistan melodramları kimi “ağlamalinski” üslübuna həsr etdi. “Həbsimin illərini vərəqləyək”, deyib, dad-aman elədi ki, nə qədər “əzablar” çəkib, hətta vəkillərindən biri olan Cavad Cavadov da demə bir “mələk” təki onun “həyatda qalması” üçün “çalışdı”. Görünür, həmin vəkil heç də hüquqşünas –filan deyil, həkimiymiş, sadəcə sənətini səhv salıb və işini-gücünü “İlqar Məmmədovun həyatda qalmasına həsr edibmiş”...
İlqar Məmmədovla Tale Bağırzadəni tərəzinin eyni gözündə görənlər də tapıldı və bu da təəccüblü görünməməlidir
Əslində, kifayət qədər istehza doğuran bu ifadələrin “REAL” sədri tərəfindən deyilməsi onun qeyri-real "siyasətçi" olduğunu bir daha təsdiq edir. Özü də həbsinin əsas səbəblərini gizlədə-gizlədə onu qəsdən siyasiləşdirərək, guya prezident seçkilərində iştirak qərarına görə baş verdiyini iddia etdi. Hər halda, özünü siyasətçi adlandıran kəs bu qədər ucuz fikirlərlə ictimai rəydə özü haqqında bədbin rəy formalaşdırmaz!
Ümumiyyətlə, həbsinin digər tərəfini iqtisadiyyatla da əlaqələndirən İ.Məmmədovun bu və ya digər şəkildə dediyi gülünc iddiaları, həmçinin, AXCP və Müsavat partiyaları ilə əməkdaşlıqda maraqlı olmadığını sərgiləməsi, eləcə də Nardaran hadisələrinin əsas təşkilatçısı Tale Bağırzadənin təbrikinə görə verdiyi səfeh və anlaşılmaz cavabı İ.Məmmədovun nə qədər ucuz bir fərd olduğunu kifayət qədər sübuta yetirmiş oldu. Hətta bir anlıq İ.Məmmədovla T.Bağırzadəni tərəzinin eyni gözündə görənlər də tapıldı və bu da təəccüblü görünməməlidir. Biri İsmayıllıda, o biri də Nardaranda qeyri-sağlam düşüncəli bir qrup kütləni legitim hakimiyyətə, hüquqi dövlətə qarşı qaldırmağa cəhd edib və bununla da olublar “qəhrəman”...
Lakin ən gülünc məsələ onun hakimiyyətlə debata hazır olması fikirləridir ki, bu gün hakimiyyətin istənilən sadiq təmsilçisi İ.Məmmədovla debata getməyə hazırdır. Həmin debat isə həbsindən sonra özü ətrafında saxta qəhrəman obrazı yaradan bir qeyri-real siyasətçinin siyasi məhvi olar. Görünür, Məmmədov azadlığa adaptasiya olunana qədər, hətta sonra da bu cür səhvlər buraxıb, özünü çətin vəziyyətdə qoyacaq. Bundan isə hər kəs əmin ola bilər, elə İ.Məmmədovun özü də...
Rövşən NURƏDDİNOĞLU
P.S. İlqar Məmmədov hakimiyyətlə debata getmək barədə fikirləşməkdənsə, radikal düşərgədə ona qarşı planlaşdırılan AXCP-“Milli Şura”, yaxud, Müsavat və s. təşkilatların hücumlarının qarşısını necə alacağı barədə düşünsün. Hər şey ola bilər, hətta bir də gözünü açıb-görər ki, Əli Kərimli ya da qeyri müxalifət “liderləri” onu elə bir tələyə salıblar ki...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB