“Ermənistan Gürcüstanda keçiriləcək NATO-nun “Agile Spirit-2018” hərbi təlimlərində iştirak etməyəcək”. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan açıqlayıb.
Mətbuat katibi hazırda məsələ ilə bağlı geniş açıqlama verə bilməyəcəyini bildirib.
Qeyd edək ki, hərbi təlimlər sentyabrın 1-dən 11-ə kimi Gürcüstanın Qərbində Senaki şəhərindəki hərbi bazanın ərazisində keçiriləcək.
Təlim ABŞ Dəniz Qüvvələrinin Avropa Komandanlığı ilə birgə təşkil olunur. Hərbi təlimlərdə Gürcüstan, ABŞ, Ukrayna, Bolqarıstan, Rumıniya, Latviya, Yunanıstan, Türkiyə, Çexiya və Estoniya hərbiçiləri iştirak edəcək.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB