"Azərbaycan Gürcüstanın ən böyük investorudur" ŞƏRH-ÖZƏL

"Azərbaycan Gürcüstanın ən böyük investorudur" ŞƏRH-ÖZƏL

"Mamuka Baxtadzenin Gürcüstanın baş naziri kimi ilk səfərini Azərbaycana etməsi iki dövlət arasındakı münasibətlərin göstəricisi kimi dəyərləndirə bilər". Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Azərbaycanla Gürcüstan; təkcə sərhədlər, enerji və nəqliyyat layihələri deyil, həmçinin ortaq tale birləşdirir: "Hər iki ölkə müstəqil inkişaf yolunu seçib və bu yolla birgə, yanaşı addımlayırlar. Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəkləşən enerji və nəqliyyat layihələri Gürcüstan üçün həyati əhəmiyyət kəsb edir. Ölkəmiz Gürcüstanın ən böyük investorudur. İstər Azərbaycan, istərsə də Gürcüstan iqtisadiyyatlarının diversifikasiyası istiqamətində ciddi addımlar atır, təhsil, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrin inkişafı üçün islahatları dərinləşdirir".

E. Mirzəbəyli qeyd edib ki, belə bir şəraitdə bu iki qonşu və strateji tərəfdaş olan ölkənin əlaqələrinin genişləndirilməsinə böyük ehtiyac duyulur: "Hesab edirəm ki, məhz bu müstəvidə Mamuka Baxtadzenin ölkəmizə səfəri Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına öz töhfəsini verəcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə