Fəzail İbrahimli: “Erməni tərəfi Azərbaycan prezidentinin kifayət qədər ağır və ədalətli fikirləri qarşısında çabalamağa məcbur oldu”
"Astana sammiti ATƏT-in on bir illik fasilədən sonra təşkil etdiyi toplantı olsa da gözləntiləri doğrultmayıb". SİA-ya açıqlamasında bu sözləri millət vəkili Fəzail İbrahimli Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hökümət və dövlət başçılarının dünən başa çatan sayca 7-ci toplantısının nəticələrinə münasibət bildirərkən deyib.
Sammitdə ayrı-ayrı dövlətlərin mövqelərinin ortaya qoyulduğunu və bəzi prinsipial məsələlərdə dövlətlərin maraqlarının toqquşduğunu deyən millət vəkili bildirib ki, arxalarında böyük dövlətlərin olduğu Ermənistan mahiyyətini bir daha üzə çıxardı: "Bir daha məlum oldu ki, dünya dövlətləri bəzi məsələlərə laqeyd və ikili standartlardan yanaşmanı davam etdirir. Astana sammitindən geridə qalan nəticələrdən çıxış edərək deyə bilərik ki, yaxın aylarda münaqişənin həlli istiqamətində uğur əldə ediləcəyinə ümid bəsləmək olmaz. Bu ATƏT çərçivəsində keçirilən ən böyük toplantı idi. Əgər burada hər hansı bir uğur əldə olunmayıbsa, təşkilatdan nəsə gözləmək yersizdir. Bu Azərbaycanın haqq işidir. Azərbaycan gec-tez bu haqq işi özü həll etməlidir".
Millət vəkil qeyd edib ki, erməni tərəfi Azərbaycan prezidenti İlham Əliyevin sammitdə çıxışında səsləndirdiyi faktlar qarşısında gücsüz vəziyyətdə qalıb: "Azərbaycan prezidenti bir daha bəyan etdi ki, Ermənistan nəinki Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı işğal edib, eyni zamanda indiki Ermənistanın olduğu ərazi də tarixi Azərbaycan torpaqlarıdır. Qeyd olunub ki, ən böyük güzəştimiz vaxtilə babalarımızın ermənilərə paytaxt olaraq verdiyi İrəvan şəhəri olub, Azərbaycan daha güzəşt edə bilməz, Azərbaycandan Dağlıq Qarabağla bağlı güzəşt gözləməyin. Bu dövlət başçımızın Astana sammitində iştirak edən dövlətlərə, bütün dünyaya, həmçinin Ermənistana qətiyyətli bir sözü idi. Erməni tərəfi də kifayət qədər ağır və ədalətli fikir qarşısında çabalamağa məcbur oldu".
Erməni diasporunun Ermənistan və Dağlıq Qarabağ ərazisində 200 min erməni silahlısını yerləşdirilməsi ilə bağlı erməni mətbuatının yazdıqlarına gəlincə, millət vəkili hesab edir ki, bu erməni xisləti, erməni mahiyyətindən irəli gələn addım ola bilər: "Vaxtilə İrandan və Türkiyədən köçürülmüş ermənilər Dağlıq Qarabağda yerləşdiriliblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB