Fransanın baş naziri: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dəstək verməyə hazırdır”

Fransanın baş naziri: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dəstək verməyə hazırdır”

"Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dəstək verməyə hazırdır". SİA-nın verdiyi xəbərə görə, bunu Fransanın baş naziri Fransua Fiyon bildirib: "Münaqişə balanslaşdırılmış qərar əsasında həll olunmalıdır. Qərar isə Akvill və Muskoka bəyanatlarında əksini tapan prinsiplərə əsaslanmalıdır".

 

Fransalı diplomat deyir ki, bu prinsiplər vahid və bölünməz paket halında nəzərdən keçirilməlidir. Qeyd edək ki, bu gün Astananın Müstəqillik sarayında ATƏT-in sammiti öz işinə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə