ATƏT PA-nın sessiyasının plenar iclası başlanıb FOTOLAR

ATƏT PA-nın sessiyasının plenar iclası başlanıb FOTOLAR

Berlində Reyxstaqın binasında (Almaniya Bundestaqının iqamətgahında) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının plenar iclası başlanıb. SİA-nın verdiyi məlumata görə, sessiyada Şimali Amerika, Avropa və Asiyadan təqribən 300 deputat iştirak edir.

Tədbirdə Azərbaycan Respublikasını Milli Məclis sədrinin müavini, Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Bundestaqın sədri Volfhanq Şoyble plenar iclasın iştirakçıları qarşısında çıxış edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə