“Heç bir məmurun fəaliyyəti Prezidentin gözündən yayına bilməyəcək” MÖVQE

“Heç bir məmurun fəaliyyəti Prezidentin gözündən yayına bilməyəcək” MÖVQE

“Azərbaycanda elektrik enerjisi qıtlığı olmaya-olmaya mütəxəssislərimiz onu şəbəkəyə verə bilmədilər. Axı niyə belə mütəxəssislərimiz yoxdur? Vaxtilə Azərbaycanın bütün qonşu regionlarında elektrik enerjisi ilə bağlı problem yarananda ən öndə azərbaycanlı mütəxəssislər olub. Biz dəfələrlə Dağıstanı, Gürcüstanı, İranı ən çətin vəziyyətdən çıxarmışıq. Amma Mingəçevir İES-da baş verən qəza elektrik enerjisi sistemini biabırçı bir vəziyyətdə çökdürür”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

“Düşünürəm ki, burada əsas günahkarlar iki enerji struktrunun rəhbərləridir. Amma bunlardan da qat-qat günahkarlar onların kuratorlarının üzərindədir. Hesab edirəm ki, indi Azərbaycanda təkcə Prezidentə inam, sədaqət yox, həmçinin ölkə başçısına səmimi sədaqət anlayışı gündəliyə gəlməlidir. Məmurlar deyirlər ki, qanuna tabeyik və Prezidentə sədaqətliyik. Bu gün Azərbaycan dövlətinin gücü böyükdür. Mingəçevir İES-da baş verən qəza Azərbaycan Ordusu özünün ən təkmil hərbi təlimlərini başlayan gündə oldu. Bəlkə də bu kimlərisə sevindirdi. Ermənilər 40-50 dərəcə temperaturda su çəkməyi bacaran millətdir. Arzu edirəm ki, belə hadisələr bir daha təkrarlanmaz. Prezident İlham Əliyev ölkənin enerji sistemində vəziyyətlə bağlı keçirdiyi müşavirədə çıxışı zamanı elə məqamlara toxundu ki, artıq bundan sonra heç bir məmurun fəaliyyəti Prezidentin gözündən yayına bilməyəcək”-deyə, M.Əhmədoğlu fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə