Ermənistanın sabiq müdafiə naziri Mikael Arutunyan 2008-ci il 1 mart hadisələri ilə bağlı axtarışa verilib. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, iyulun 3-də istintaq qrupu onu 2008-ci ilin 1-2 mart hadisələri zamanı konstitusion hakimiyyəti devirməkdə təqsirli bilib. Və Cinayət Məcəlləsinin 300-cü maddəsi əsasında axtarışa verilib.
2008-ci ilin mart hadisələri zamanı müxalifətin mitinqinin dağıdılması zamanı 10 nəfər həlak olmuş, 250-dən çox insan isə yaralanmışdı.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB