Şahin Camalov: “Qarabağın işğaldan azad edilməsi gün uzaqda deyil” AÇIQLAMA

Şahin Camalov: “Qarabağın işğaldan azad edilməsi gün uzaqda deyil” AÇIQLAMA

“Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan Milli Ordusunun 100 illiyi ilə bağlı keçirilən hərbi paradlar birinci növbədə Azərbaycan dövlətinin gücünün dünyaya göstərilməsi baxımından çox əhəmiyyətli idi”. Bunu SİA-ya açıqlamasında İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin orada ki, çıxışı və məsələyə münasibəti ümumiyyətlə bir daha göstərdi ki, biz Qarabağı unutmamışıq və Qarabağın geri alınması və Azərbaycana qovuşması uzaqda deyil: “Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən təntənəli hərbi parad zamanı göstərilən hərbi texnika, düşməni vahiməyə salıb. Bunu hərbi rejimin açıqlamalarından və çıxışlardan da sezmək mümkündür. Bir sözlə, müstəqillik dövründə ordumuzun gəldiyi yolu görəndə biz buna bir daha əmin oluruq işğal altında olan torpaqlarımızı azad etmək heçdə çətin olmayacaq. Ordumuz istənilən məqamda Ali Baş Komandanın əmri əsasında Xankəndində, Şuşada, Ağdamda və dihər işğal altında olan torpaqlarımızda üç rəngli bayrağımızı dalğalandırmağa qadirdir”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə