Həmsədrlərin Ermənistan səfəri nə vəd edir? ŞƏRH

Həmsədrlərin Ermənistan səfəri nə vəd edir? ŞƏRH

“Ermənistan və onların sahibləri ilk növbədə planlarını müəyyənləşdirməlidirlər. Hazırda bu plan olmadığı üçün yaxın müddətdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbət irəliləyiş gözləmirəm”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Ermənistanın hazırkı rəhbərliyinin çox fərqli, anlamağı mümkün olmayan bəyanatlar verdiyini xüsusi vurğulayan deputat söyləyib ki, bütün bunlar düşmən ölkənin sülhə hazır olmadığını göstərir: “Ermənistan ciddi danışıqlar aparmağa hazır deyil. Belə olan halda, münaqişənin həlli ilə bağlı müsbət nəsə gözləmək mümkün deyil”.

Həmsədrlərin iyunun 13-də Ermənistan səfərinə münasibət bildirən A.Mollazadə qeyd edib ki, ATƏT-in Minsk qrupunun bu səfəri də turist səfərindən fərqlənməyəcək.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 13-də Ermənistana səfər edəcək. Məlumata görə, İrəvanda vasitəçilərlə XİN başçısı arasında ilk əlaqə olacaq. Görüşdə həmçinin gələcək addımlar müzakirə olunacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə