ADU-da “Azərbaycanda Şifahi və Yazılı Tərcümənin Tədrisi Sahəsində İslahatlar” adlı layihənin açılış mərasimi keçiriləcək
22-24 noyabr tarixində Azərbaycan Dillər Universitetində (ADU) Avropa Birliyinin Tempus proqramı IV, 3-cü Çağırış proqramı üzrə "Azərbaycanda Şifahi və Yazılı Tərcümənin Tədrisi Sahəsində İslahatlar" adlı layihənin açılış mərasimi keçiriləcək. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın verdiyi məlumata görə, bununla bağlı bu gün universitetdə "İlkin məlumatlandırma konfransı" və "Koordinasiya görüşü" mövzusunda konfrans başlayacaq.
Konfransda Avropa Birliyi ölkələrinin bir sıra universitetləri – Böyük Britaniyanın Esseks Universiteti, Almaniyanın Leypsiq universiteti, Fransanın Strasburq Universiteti, İtaliyanın Milan Tərcüməçilik İnstitutu ilə yanaşı Azərbaycanda ali təhsil müəssisələrinin, tərcümə şirkətlərinin, nazirliklərin, səfirliklərin, siyasi təşkilatların, bankların, audit şirkətlərinin, sığorta şirkətlərinin və müxtəlif biznes qurumların nümayəndələrinin iştirakı nəzərdə tutulur. Üç gün davam edəcək "Koordinasiya görüşü"ndə Azərbaycan Dillər Universitetinin koordinatorluq etdiyi layihədə iştirakçı qismində çıxış edən Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanması İnstitutu, Esseks Universiteti, Leypsiq Universiteti, Strasburq Universiteti və Milan Tərcüməçilik İnstitutunun koordinatorları və nümayəndələrinin iştirakı ilə layihənin idarə olunması ilə əlaqədar bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulur.
Noyabrın 24-də ADU-nun akt zalında müxtəlif ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlik rəhbərlərinin və səfirlərin iştirakı ilə xarici və yerli universitet rektorlarının, bir sıra dövlət və qeyri hökumət təşkilatlarının qatılacağı açılış mərasimi keçiriləcək. Konfransın əsas məqsədi layihə haqqında, ümumiyyətlə onun perspektivi, əhəmiyyəti və zəruriliyi barədə Azərbaycan ictimaiyyətinə geniş məlumat çatdırmaqdır.
Qeyd edək ki, ADU-nun "Azərbaycanda Şifahi və Yazılı Tərcümənin Tədrisi Sahəsində İslahatlar" adlı layihəsi Avropa Birliyinin TEMPUS IV, 3-cü Çağırış üzrə elan etdiyi müsabiqədə qalib gəlib. Bu, Azərbaycandan olan universitetin Avropa Birliyi layihəsində ilk idarəçiliyi və Avropa universitetlərinin Azərbaycan tərəfindən ilk koordinasiyası olacaq. Layihənin məqsədi Boloniya prosesinin tələblərini nəzərə almaqla Azərbaycanda tərcümənin tədrisində islahatlar aparmaq, tədris planlarını, tədris və təlim prosesini daha da təkmilləşdirməkdir.
Bu layihə Azərbaycanın təhsil idarəçiliyində zəngin beynəlxalq təcrübə əldə edilməsinə, islahatların daha da inkişaf etdirilməsinə və Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına təkan verəcək. Bütövlükdə layihədən 230-dan artıq tələbə, 350-dək professor-müəllim heyəti və 30-dək inzibati heyət yararlana biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB