Abdullah Güldən Türkmənistana yeni təklif

Abdullah Güldən Türkmənistana yeni təklif

Türkiyə prezidenti Abdullah Gül Türkmənistana böyük ipək yolunu canlandırmağı təklif edib. Təklif Türkiyə prezidentinin Aşqabada səfəri çərçivəsində səslənib.

SİA-nın məlumatına görə, iki gün davam edən səfər çərçivəsində Türkiyə və Türkmənistan arasında qarşılıqlı əlaqəlrin inkişaf etdirilməsi üçün bir sıra danışıqlar aparılıb. Danışıqların əsas müzakirə mövzularından biri xəzəryanı ölkələrin enerj idaşıyıcılarının Türkiyə vasitəsilə Avropaya daşınması olub.

Rəsmi Ankara qazın "Nabucco" vasitəsilə nəqlində maraqlı olduğunu bir daha vurğulayıb. Layihə 7,9 milyard dollar dəyərində qiymətləndirilir. Qazın Avropaya nəqli isə Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçəcək. 3,3 min kilometr olan magistral kəmər artıq inşa edilmiş Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin davamı olacaq. Bu boru vasitəsilə ildə 20-30 milyard kubmetr qazın nəqli nəzərdə tutulub. Aşqabada rəsmi səfəri çərçivəsində Türkiyə preezidenti Abdulla Gül, Türkmənistana böyük ipək yolunu canlandırmağı və bunun üçün çin və Qazaxıstandan gələn dəmiryolunun Türkiyə ərazisindən keçərək Londona qədər uzudılması layihəsinə qoşulmağı təklif edib

Bütün xəbərlər Facebook səhifəmizdə