Bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Birgə Bəyanat və tövsiyyələr müzakirə olunub. SİA-nın məlumatıa görə, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev bildirib ki, suriyalı erməni qaçqınlar Azərbaycanın işğal olunmuş ərazilərdə yerləşdrilir.
S. Feyziyev Birgə Bəyanata Ermənistanın suriyalı erməni qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərdən yerləşdirilməməyə çağırmaq barədə düzəliş əlavə edilməsini təklif edib. Bu düzəliş qəbul edilməyib.
Birgə bəynatda münaqişə zonasında silahlara nəzarət barədə müddəa da qəbul olunmayıb.
C. Feyziyev bildirib ki, sülh danışıqları nəticə verməzsə, Azərbaycanın hərbi yolla torpaqları azad edəcəyini söyləyb.
Birgə Bəyanatda Avropa və Azərbaycan QHT-ləri arasında səmərəli və müştərək maraqlara xidmət edən əməkdaşlıq və tərəfdaşlığın inkişaf etdirilməsi ilə bağlı müddəalar qəbul edilib.
Sonda Bəyanat ümumilikdə səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB