İraqda 8 aydır yeni hökumətin qurulamamasının yaratdığı siyasi gərginlik nəhayət sona çatıb. Cəlal Təlabani İraq Parlamenti tərəfindən yenidən dövlət başçısı seçilib.
SİA-nın "cnntürk"ə istinadən verdiyi xəbərə görə, İraq parlamentində prezidentlik seçimi üçün keçirilən səsvermədə Cəlal Təlabani və Şiə ittifaqından Hüseyn Yəhudinin namizədliyi irəli sürülüb. Ən çox səs toplayan Təlabani məclisdəki 199 millət vəkilinin dəstəyi ilə prezident seçilib.
Cəlal Təlabani səsvermənin nəticələri açıqlandıqdan sonra Məclisdə and içərək vəzifəsinin icrasına başlayıb.
Cəlal Tələbani yeni hökuməti formalaşdırmağı "Qanunun dövləti" blokunun lideri Nuri əl-Malikiyə həvalə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB