Təhmasib Novruzov: "Müxalifətin ifşası, həm də onlara himayədarlıq edən məkrli xarici maraqlı qüvvələrin ifşası deməkdir"
Müxalifət partiyaları arasında yenidən başlayan qarşılıqlı ittihamlar düşərgə daxilində növbəti çəkişmələrə start verib. Artıq birgə mitinqlər keçirmək arzusu ilə eyni mövqedən çıxış edən "Milli Şura" ilə Müsavat arasında da ciddi qarşıdurmalar yaranıb. Məhz bu qarşıdurmanın ağır nəticəsi olaraq, bu iki qurumun mayın 5-inə planlaşdırdığı mitinq təxirə salındı. Bu baxımdan, maraqlı məqam ondan ibarətdir ki, çəkişən müxalifət funksionerləri bir-biri haqqında ifşaedici açıqlamalarla çıxış edirlər.
"Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında bildirib ki, müxalifətin ifşası, həm də onlara himayədarlıq edən məkrli xarici maraqlı qüvvələrin ifşası deməkdir: "Azərbaycanda hər hansı bir problem yaranırsa, müxalifət düşərgəsini təmsil edən şəxslər çalışırlar ki, bu problemi daha da böyüdərək, ondan öz siyasi maraqları üçün istifadə etsinlər. Bunun da səbəbi xaricdə olan havadarlarına özlərini reklam etməkdir. Yəni onlar dağıdıcı müxalifət düşərgəsini təmsil edən şəxsləri maliyyələşdirən xarici havadarlarına demək istəyirlər ki, baxın, biz fəaliyyət göstəririk. Bir sözlə, heç bir sözü, təklifi və inkişaf üçün bacarığı, qabiliyyəti olmayan şəxslərin ölkəmiz haqqında xoşagəlməz fikirlər səsləndirməsi onların yaramaz bir qrup olduğunu təsdiqləyir".
"Əli Kərimli kimi satqınlar cəzasız qala bilməzlər"
T.Novruzovun sözlərinə görə, dağıdıcı müxalifətin milli maraqlara zərbə vurmağa hesablanan addımlar atması və çağırışlarla çıxış etməsi satqınlıq və xəyanətdir. Belə şəxslər mütləq cəzalanmalıdır: "Əli Kərimli kimi satqınlar cəzasız qala bilməzlər. Ümumiyyətlə, milli və dövlətçilik maraqlarına zidd yol tutanlara aman verilməməlidir. Dağıdıcı müxalif təmsilçiləri
vaxtaşırı müəyyən məsələlər tapırlar ki, gündəmdə bir müddət qala bilsinlər. Bununla da, diqqəti özlərinə cəlb etmək istəyirlər. Amma müxalifət təmsilçiləri bilməlidilər ki, onlar bu cür yersiz hərəkətləri ilə özlərini daha da gözdən salırlar. Müxalifət partiya sədrləri çox gözəl başa düşürlər ki, bu gün onların ictimai rəydə uğur qazanmaq şansları yoxdur. Bunu bilə-bilə müxalifət yenə də öz hərəkətlərindən əl çəkmir. Bu isə, onların müstəqil olmadıqlarını bir daha təsdiqləyir".
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB