Fazil Mustafa: "Bunun çevik həlli yolları tapılmalıdır"

Fazil Mustafa: "Bunun çevik həlli yolları tapılmalıdır"

Milli Məclisdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci ildə həyata keçirilən tədbirlər bağlı hesabat ətrafında müzakirələr davam edir. SİA-nın xəbərinə görə, müzakilərdə çıxış edən Milli Məclisind deputatı Fazil Mustafa bildirib ki, insan alveri ilə bağlı qanunvericiliyin sərtləşməsinə ehtiyac varsa, bunu etmək vacibdir.

Bir müddət öncə mətbuatda 1500 şagirdin abort məsələsi gündəmə gəldiyini xatırladan deputat söyləyib ki, bu insan alverinin bir hissəsidir: “Belə faktların arxasında ciddi məsələlər durur. Burada həkim və bu işdə məsul olan şəxslərə qarşı tədbirlər görülməlidir. Əgər qanunvericilik istiqamətində sərtləşməyə ehtiyac varsa bunu etməliyik”.

Deputatın sözlərinə görə, qəyyumluq orqanları real məzmun almalıdır: “Elə qanunlar var ki, qəbul olunduqdan sonra işləmir. Bu məsələyə Milli Məclis səviyyəsində müdaxilə olunmalıdır. İnsan alveri məsələsi ilə əlaqədar parlamentin hansı dəstək verəcəyi məsələlər müzakirə edilməli, bunun qarşısının alınması istiqamətində çevik həll yolları tapılmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə