Eldəniz Quliyev Natiq Cəfərlini təhqir etdi və cavabını aldı
“Milli Şura”nın koordinasiya şurasının üzvü Eldəniz Quliyev partiyaya çevrilmiş “REAL”-ın icra katibi Natiq Cəfərlini həqarət edən fikirlərini “Facebook” sosial şəbəkəsində paylaşıb. SİA xəbər verir ki, istehza xarakterli paylaşımında “REAL” rəsmisini aşağılayan E.Quliyev onu özü-özünü məhv etməkdə suçlayıb. SİTAT: “ Tanınmış siyasətçinin məhv olması, əlbəttə ki, hər zaman ağrılı hadisə sayılır. Amma tanınmış siyasətçinin öz-özünü məhv etməsi... bax bu, nonsensdi və elә məhz buna görə daha təsirli, daha təəssüflü, eləcə də daha təəccüblü olur”.
N.Cəfərlini “Çeburaşka” adlandıran “Milli Şura” üzvü onu dəstək verməməkdə ittiham edib və bildirib ki, baş verənlərə uzaqdan tamaşa edib və qularları da pələqulaqdır: “...Bəli, bu zəhrimar “niyə də yox” xəstəliyi yavaş-yavaş öz şiddətli-hiddətli fazasına keçdi və günlərin bir günü “qəhrəmanımızın” vestüblyar aparatı “priboyla” işləməyə başladı. Belə ki, o, öz hərəkətlərinə “kontrolu” itirərək,qəfildən başqalarının bostanına daş atmağa girişdi.Əsasən də Milli Şura və AXCP-nin bostanına. Hamı bunu gördü... və hamı da dözdü. Neynəmək olardı ki,- xəstəlik pis şeydi axı... Bəzən xəstənin nazıyla oynamağa məcbursan.
Bu yerdə qeyd etməliyəm ki, “niyə də yox” adlanan bu qorxulu azar, metastazlı olduğu qədər də, nazlı bir xəstəlikdi və bu nazlı-metastazlı xəstəliyə mübtəla olmuş REAL-çı dostumuz ağzının “rastamoşkasını”, gözünün yaxını görmə, qulağının isə eşitmə qabliyyətini itirməklə yanaşı, son günlər reallıq hissini də salıb itirdi...”
Beləliklə, N.Cəfərliyə sonda “Çil toyuq” damğasını da vuran E.Quliyev həmin statusundan sonra xeyli cavablar almağa başlayıb.
Misal üçün, “Milli Şura”nın tərəfdarları vaxt gələndə N.Cəfərlinin başa düşəcəyini yazırlar, yaxud onu uşaq adlandırıb, böyüyəndə hər şeyi anlayacağını bildirirlər.
Digər FB istifadəçisi N.Cəfərliyə makroklizmanın vacib olduğunu yazır.
“REAL”a dəstək verən Elçin Qafarov E.Quliyevə münasibətdə onu “tülkü” adlandırıb və yaltaq, mədəniyyətsiz, riyakar kimi qələmə verərək, ondan zəhləsinin getdiyini bildirib.
AXCP tərəfdarı olan Arif Yunus isə N.Cəfərlini təhqir edərək, ona “cındır toyuq” söyüşünü yazıb. Beləliklə, tərəflər arasında təhqirlər hazırda da davam edir və bu amil bir daha belə deməyə zəmin yaradır ki, özlərini müxalifət adlandıran tərəflər bu addan daha çox bir-birinə düşmən müxalifət adına layiq olduqlarını sərgiləyirlər. Bu isə birinci halda deyil, hətta davamlı bir reallıqdır.
RÖVŞƏN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB