“Eldəniz Quliyev söyüşlərin davam etməsinin tərəfdarıdır” AÇIQLAMA
“Eldəniz Quliyev özünü ziyalı hesab edən bir adamdır. Yəni belə iddiası var ki, guya o ziyalıdır. Amma təəssüflər olsun ki, heç ziyalıya yaraşmayacaq bir tərzdə reaksiya verir. O Natiq Cəfərlinin mövqeyinə söyüşlə cavab verir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, Natiq Cəfərli normal bir dildə insanları mübarizə aparmağa çağırır: “O mübarizəni tərbiyə, əxlaq və ədəb çərçivəsində aparmağa çağırır. Mən şəxsən belə bir mövqeni alqışlayıram. Ümumiyyətlə isə siyasi mübarizədə ədəbsizlik etmək heç bir ölkədə məqbul sayılmır, o cümlədən də Azərbaycanda bu yaxşı qarşılanmır. Amma görünən odur ki, Eldəniz Quliyev bu çağırışa qarşıdır. O bu çağırışa qarşı olduğu üçün də söyüşlərin davam etməsinin tərəfdarıdır. Yəni o istəyir ki, adamlar bir-birlərini söysünlər. Açığını deyim ki, mən onu dəstəkləyənləri görəndə heyrətə gəlirəm. Açıq şəkildə söyüş kampaniyası aparılmasına çağırışlar edilir. Yəni bu artıq həmin adamların deqradasiyaya uğramasından xəbər verir. Özü də bunlar deqradasiyanın ən aşağı mərhələsindədirlər. Bunlar cəmiyyətdə özlərinə yer tapa bilməyiblər və məhv olub getmək ərəfəsindədirlər. Ona görə də belə əsəbi və ajiotaja yönəlik çağırışlar edirlər. Təəssüflər olsun ki, Azərbaycanda bəzən bu adamları siyasi müxalifət hesab edənlərdə olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB