Təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyaya səfər edəcək

Təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyaya səfər edəcək
Noyabrın 29-da təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyaya səfər edəcək. Bu barədə SİA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, ali məktəb rektorlarının da daxil olduğu geniş nümayəndə heyəti Almaniyada keçiriləcək beynəxlaq simpoziumda iştirak edəcək.

Bundan əlavə, Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyadakı Humboldt Dövlət Universitetində Azərbaycan tarixi kafedrasının açılış mərasiminə qatılacaq. Səfər çərçivəsində, həmçinin bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə