Seçki məntəqələrinin 5311-nin protokolları ilə bağlı məlumatlar MSK-nın saytına qoyulub

Seçki məntəqələrinin 5311-nin protokolları ilə bağlı məlumatlar MSK-nın saytına qoyulub

Bu gün səhər saat 10.00-dan bütün seçki dairələrinin seçki məntəqələri üzrə məlumatları Mərkəzi Seçki Komissiyasının (MSK) saytına yerləşdirilib. SİA-ya MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, saytda 5314 məntəqədən 5311-nin protokollarındakı məlumatlar sayta qoyulub. 3 seçki məntəqəsinin nəticələri müvafiq dairələr tərəfindən etibatsız hesab edilib.

 

Qeyd edək ki, saytda namizədlərin topladığı səslər barədə də barədə ilkin məlumatlar yerləşdirilib. Artıq dairə seçki komissiyalarının yekun protokolları MSK-ya təqdim edilməyə başlanıb. Seçki Məcəlləsinin tələbinə əsasən MSK səsvermə günündən 20 gün keçənədək DSK-ların protokollarını (Məcəlləyə uyğun olaraq əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 48 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.

Bütün xəbərlər Facebook səhifəmizdə