ATƏT təmsilçisi: "İndiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışıq"
Seçki məntəqələrində müşahidələr aparırıq. İndiyədək bir neçə məntəqədə olmuşuq və hər hansı qayda pozuntusu ilə rastlaşmamışıq. SİA-nın verdiyi məlumata görə, bu sözləri səsvermənin gedişini izləyən ATƏT təmsilçisi xanım Varlik Cordon deyib.
O bildirib ki, müxtəlif vaxtlarda Rusiyada, Belarusda və Türkiyədə prezident seçkilərini izləyib. Azərbaycanda birinci dəfədir seçkiləri müşahidə etdiyini deyən ATƏT təmsilçisi bildirib ki, 6 məntəqəyə baş çəkib və seçkilərin öz axarı ilə davam etdiyinin şahidi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB