Ekspert: “Seçkilərdən sonra onlar "qış yuxusuna" gedəcəklər" AÇIQLAMA
“Ümumiyyətlə anti-azərbaycan qüvvələr hər zaman ölkədə çox vacib olan ictimai-siyasi proseslərdən öncə süni şəkildə aktivləşdirilir. Seçkilərdən sonra onlara ayrılan maliyyə dayanacaq və beləliklə yenidən onlar "qış yuxusuna" gedəcəklər. Bu birmənalı şəkildə belə olacaq. Çünki onların fəaliyyəti birbaşa maliyyə ilə bağlıdır”. Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.
Onun sözlərinə görə, pafoslu çıxışları, guya ölkəyə canları yanırmış kimi müxtəlif çağırışlar etmələri sadəcə olaraq saxtakarlıq və riyakarlıqdır: “Lakin bu dəfə onlar bir az da irəli gedərək öz erməni sahiblərinin tapşırığı ilə söyüş taktikasından da istifadə etməyə başladılar. Bu isə birmənalı şəkildə onların geniş kütlə arasında olmayan nüfuzlarını da yerlə yeksan etdi. Çünki Azərbaycanda özünə hörmət edən, milli mental dəyərləri ailə dəyərləri hesab edən kişi öz ailəsinə, sevdiklərinə imkan verməz ki, Avropadakı tərbiyəsizlərin danışıqlarına qulaq assınlar.
Digər bir önəmli məqam isə ondan da biabırçıdır. İlk öncə Prezidentin özü və ailəsi hədəfə alınıb. Bu hədəf cəmiyyətdə ciddi təpki ilə qarşılanır. Belə olan təqdirdə anti-Azərbaycan qüvvələr Prezidentin ən sadaqətli kadrlarını, xüsusən də ölkənin ictimai-siyasi proseslərinə cavabdeh olan insanları hədəfə almağa başlayıblar. Görünən odur ki, bu ünsürlərin sahibləri növbəti addım kimi Prezidentin köməkçisi hədəfə almağı tapşırıb. Məhz buna görə artıq neçə gündür onlar Əli Həsənovun ünvanına şər böhtan tipli mesajlar ünvanlayırlar, təhqiramiz ifadələr işlədirlər. Əli Həsənovun sadiqliyi onu hədəfə çevirib. Bu birmənalı şəkildə belədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə