Rəcəb Tayyib Ərdoğan Kosovoya gedəcək

Rəcəb Tayyib Ərdoğan Kosovoya gedəcək

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan noyabrın 3-də Kosovoya gedəcək.

SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu, Kosononun müstəqillik qazanmasından sonra Türkiyədən baş nazir səviyyəsində həyata keçirilən ilk səfər olacaq. İki günlük rəsmi səfər çərçivəsində Ərdoğan Kosovo prezidentinin səlahiyyətlərini icra edən parlament sədri Jakub Krasniç və baş nazir Haşim Taçi ilə görüşəcək.

Ərdoğan Kosovoda başda Sultan Murad Xudavəndiyar türbəsi olmaqla mədəni əsərləri ziyarət edəcək.

Baş nazir türklərin çoxluqda olduğu Prizren və Mamuşa şəhərlərinə də gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə