Albaniya prezidenti: “Biz Azərbaycan hökumətinin yanındayıq”

Albaniya prezidenti: “Biz Azərbaycan hökumətinin yanındayıq”

“VI Bakı Qlobal Forumunu yüksək qiymətləndirirəm”. SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Albaniya prezidenti İlir Meta deyib.

Prezidentin fikrincə, tədbir dünyanın və regionun qarşılaşdığı bütün məsələlər ətrafında dialoqun davam etdirilməsi baxımından vacib beynəlxalq platformadır: “Sizin ölkənin inkişafını yüksək qiymətləndirirəm. Forum dünyada sülhün təşviqatına zəmin yaradacaq. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düşünürəm ki, sülhün, sabitliyin bərpası vacibdir. Bu məsələdə Azərbaycan hökumətinin yanındayıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə