Bağdadda baş vermiş partlayışda 26 nəfər ölüb

Bağdadda baş vermiş partlayışda 26 nəfər ölüb

İraq rəsmiləri Bağdaddan şimal-şərqdə yerləşən kafedə baş vermiş partlayış nəticəsində həlak olanların sayının 26 nəfərə çatdığını bildiriblər. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, partlayış cümə günü Diyala vilayətinin Balad Ruz qəsəbəsində baş verib. Bu qəsəbə əsasən şiə kürdlərin məskunlaşdığı ərazidə - Baquba şəhəri və İran sərhədi arasında orta nöqtədə yerləşir.

Polis rəsmisi bildirib ki, intiharçı bədəninə sarıdığı partlayıcı maddələrlə dolu kəməri insanların sıx olduğu kafenin içərisində detonasiya edib. Azı 45 adam yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə