Britaniya səfiri Rusiya XİN-ə çağırılıb

Britaniyanın Moskvadakı səfiri Lori Bristou Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Martın 12-də Britaniyanın baş naziri Tereza Mey Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yulianın zəhərlənməsində Moskvanı ittiham edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə