ABŞ hökuməti turistlərdən özləri haqqında məlumatları 72 gün əvvəldən tələb edir

ABŞ hökuməti turistlərdən özləri haqqında məlumatları 72 gün əvvəldən tələb edir
ABŞ-a səyahət edənlər qarşısında yeni tələblər qoyulub. SİA-nın verdiyi xəbərə görə, ABŞ haqqında əvvəlcədən məlumat almayan yolçunu bu ölkəyə buraxmayacaqlar. Artıq turistin özü haqqında şəxsi məlumatlar 72 saat əvvəl ABŞ-a çatdırılacaq. ABŞ-ın təhlükəsizlik xidmətinin səlahiyyətlisi yeni qərar haqqında məlumat verərək bildirib ki, qərar 1 noyabr tarixindən qüvvəyə minəcək: "ABŞ-a təyyarə ilə səyahət edən hər bir kəs noyabr ayının 1-dən etibarən yeni qərara riayət etməlidir. Artıq sərnişinlərin özlərindən 72 saat əvvəl şəxsi məlumatlarını (ad, soyad, cinsiyyət, doğum tarixi) ABŞ-a göndərmələri zəruri hesab edilir. Əgər məlumatlar göndərilməsə və ya göndərilmə müddətindən 72 gün keçməsə səfər baş tutmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə