28 oktyabr 2010-cu il Masazır qəsəbəsində 44 sayli Sumqayıt-Abşeron seçki dairəsindən deputatlığa namizəd Baba Tağıyevin seçicilərlə göruşu olub. Bu göruşdə qəsəbə sakini Salamov Akif, Qəsəbə Ağsaqqallar Şurasının sədri Hacı Rasim, qəsəbə sakini Gəncəmalıyev Cəlil, Musiqi Akademiyasının magistr tələbəsi Şabanova Nəzakət çıxış ediblər.
Namizədin özü də çıxış edib.
Baba Əli oğlu Tağıyevin həyat yoldaşı, 4 uşaq anası Gülbahar xanım danışaraq bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva prezident İlham Əliyevə daim dəstək olduğu kimi, mən də ondan nümunə götürərək daima Baba Tağıyevin yanında ona dəstək olmağa çalışıram. Allah möhlət verdikce onun yanında olacağam. Sizi də ona səs verməyə cağırıram.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB