Gürcüstan XİN Azərbaycana başsağlığı verib

Gürcüstan XİN Azərbaycana başsağlığı verib

Gürcüstan Xarici İşlər Nazirliyi Bakıda baş vermiş yanğınla bağlı Azərbaycan tərəfinə başsağlığı verib. SİA-nın verdiyi xəbərə görə, Xarici İşlər Nazirliyinin “twitter” səhifəsində yerləşdirilən mətndə, yanğın zamanı ölənlərin ailələrinə başsağlığı verilir: "Xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq. Gürcüstan Azərbaycanın bu çətin anlarında onun yanındadır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə