® Çılpaqlıda da qələbəlik! – TƏŞVİQAT

® Çılpaqlıda da qələbəlik! – TƏŞVİQAT

46 saylı Şirvan seçki dairəsindən Milli Məclis deputatlığına namizədliyi irəli sürülmüş Azay Quliyev seçicilərlə görüşünü davam etdirir. SİA-nın aldığı məlumata görə, deputatın son beş ildə daim diqqət mərkəzində olduğu yaşayış massivlərindən biri - Çılpaqlı qəsəbəsində qələbəliklə müşayiət olunan görüş keçirilib.

 

Görüşdə Azay Quliyev son 5 ildə qəsəbə sakinləri tərəfindən qaldırılan məsələlərə toxunub və onların həlli yolunda atılan addımlardan danışıb, konkret misallar çəkdi. Deputatlığa namizədin bu çıxışında da qəsəbə sakinlərinə sevinc bəxş edən məqamlar az olmadı. Azay Quliyev bildirdi ki, bu seçkidə onun şüarı "Yolumuza davam"dır. "Əgər görülən işlərin davam etdirilməsini, yarımçıq qalmış işlərimizi uğurla yekunlaşdırılmasını istəyirsinizsə, 7 noyabrda qutu başına gələrək, səs verin. O namizədə ki, sizi nəinki şəhər, həm də respublika səviyyəsində uğurla təmsil etsin".

 

Vəkil Təranə Əhmədova isə seçicilərə müraciət edərək deyib ki, Azay Quliyevin Şirvan və şirvanlılar üçün bu beş ildə gördüyü işlərin hamısını saymaqla çox vaxt almaq olar. Elə şəhər sakinləri var ki, onların deputatın gördüyü işlər haqda ətraflı bilgisi yoxdur. Bunun səbəbi Azay Quliyevin gördüyü işləri qabartmaması, reklam etməməsi ilə bağlıdır. "Azay Quliyev bu işləri ona görə edib ki, o, beş il bundan öncə seçicilərinə söz verib: "Mən Siz şirvanlıların vəkili olacam". Bu gün Azay Quliyev sözünün sahibi olduğunu sübut etdi, vədlərini həyata keçirdi və indi seçiciləri ilə görüşə başı uca, alnı açıq gəlib".

 

Sonra seçicilər çıxış ediblər. Qeyd edilib ki, deputatlıq müddətində Azay Quliyev Hacıqəhrəmanlı, Demanlı yaşayış massivlərində olduğu kimi, Çılpaqlı qəsəbəsinin sakinlərindən də diqqət və qayğısını əsirgəməyib. Belə ki, şəhid ailəsi adından bir xanım, qardaşı əfvə düşmüş bir qəsəbə sakini, uzun müddət işsiz qalan gənc və digərləri Azay Quliyevin gördüyü işlərdən ürək dolusu danışıblar və ona qarşıdan gələn seçkilərdə uğurlar arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə