Yaxud, VHP sədri nəyə görə fikirlərinin protokollaşdırılmasına qarşı çıxıb?
Bu günlərdə Hollandiyanın Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin qurultayı keçirilib. Qurultayda bir çox önəmli məsələlərlə bağlı müzakirələr keçirilib və qərarlar qəbul olunub. Lakin həmin tədbirdə diqqət çəkən məqamlardan biri də VHP sədri, keçmiş millət vəkili Sabir Rüstəmxanlının mühüm qərarlara qarşı çıxması və əsasən, müxalif mövqedə dayanaraq, müzakirələri pozması olub ki, bu da qurultay iştirakçılarının haqlı narazılıqlarına səbəb olub.
Ölkəmizdəki son mühüm ictimai-siyasi prosesləri “əhəmiyyətsiz” adlandıran sabiq deputatın növbəti ayağısürüşkənliyi
Daha dəqiq desək, ictimai-siyasi rəydə ayağısürüşkənliyi ilə tanınan sabiq deputat mühüm təşəbbüslərlə çıxış edən qurultay səlahiyyətlilərinin əleyhinə çıxaraq, növbəti dəfə öz daxilindəki qaranlıq mövqeyini sərgiləmiş olub. Lakin digər ilginc nüans ondan ibarət olub ki, qurultayın təşkilat komitəsi S.Rüstəmxanlının pozuculuğa yönəlmiş fikirlərini protokola salmaqla bağlı təklif irəli sürərkən, VHP sədri buna etiraz edərək, qeyri-ciddi fikirlərlə diqqəti üzərindən yayındırmağa cəhd göstərib. Ümumiyyətlə, Azərbaycanda gedən son mühüm ictimai-siyasi prosesləri “əhəmiyyətsiz” adlandıran sabiq deputatın məhz Hollandiyada bu cür davranışları onun barəsində bir sıra mülahizələrin önə çıxmasına şərait yaradıb.
Orduxan Teymurxan adlı simasızın yaşadığı bir ölkədə Sabir Rüstəmxanlının xalqın marağı əleyhinə yönəlmiş fikirləri suallar doğurur
Beləliklə o, növbəti dəfə tam siyasi prinsipsizlik, qeyri-ardıcıllıq və riyakarlıq nümayiş etdirib. Misal üçün, bəllidir ki, bu gün Hollandiyada erməni lobbisinə xidmət edən bir sıra milli satqınlar yığnağı fəaliyyət göstərir və onların idarəçiliyində dayanan baş nökərlərdən biri də Orduxan Teymurxandır. Məhz bu simasızın “siyasi mühacir” adı altında yaşadığı ölkədə S.Rüstəmxanlının bəlli davranışlar sərgiləməsi özü-özlüyündə bir sıra suallar və həmin suallar yaratmaqla yanaşı, həm də bu suallara cavablar verir. Görünür, Rüstəmxanlının növbəti dəfə deputat seçilməməsi onun beynində uzun illərdən formalaşmış qeyri-səmimilik hüceyrələrini yenidən oyadıb. Xüsusilə, seçki prosesi öncəsi sabiq deputatın məlum oyunbazlıqlarının protokollaşdırılmaması istiqamətində ajiotaj yaratmaq, bu istiqamətdəki xoflanmaq cəhdləri qeyd edilən mülahizələrin reallığa yaxın olduğunu sübuta yetirmiş olur. Zaman isə heç nəyi gizlətmir və vaxtı-vaxtında üzə çıxarır. Necə ki, bu dəfə də belə oldu.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB