Azərbaycanda seçicilərin sayı artıb. SİA-nın məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, ötən illə müqayisədən seçicilərin sayı 0.6 faiz, yəni 28792 nəfər artıb.
Qeyd edək ki, ölkə üzrə vahid seçicilər siyahısına 5 milyon 192 min 42 seçici daxil edilib. 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsini martın 3-dək başa çatdıracaq.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB