Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir

Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Bakıda Şimali Atlantika Alyansının Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən seminar keçirilir.

Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Seminarda NATO nümayəndə heyəti tərəfindən iştirakçılara hava əməliyyatlarının aparılması, hava nəqliyyatı əməliyyatlarının planlaşdırılması və icrası, eləcə də müharibə zonasında axtarış-xilasetmə əməliyyatlarının keçirilməsi və digər mövzularda brifinqlər təqdim olunur.

Tədbirdə müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə