“Suriya üzərindən yenə oyun oynanılır. BMT Təhlükəsizlik Şurasının üzvləri yekdilliklə Suriyada bir aylıq atəşkəsə səs veriblər”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, buna baxmayaraq, Bəşər Əsəd qüvvələri və Rusiya aviasiyası Dəməşq yaxınlığındakı Quta şəhərini bombalamqda davam edir, ölənlərin sayı yüzlərlədir: “Əsədin və Kremlin aqumenti budur: Qutada terrorçular məskən salıb. Türkiyə də eyni arqumentlə Afrindəki əməliyyata davam edir. Yəni atəşkəsin terrorçularla mübarizəyə aidiyyatı yoxdur.
Onda məntiqi sual doğur: Atəşkəsin məqsədi nədir? Onsuz da Astanada Rusiya, Türkiyə və İran arasındakı razılaşmaya görə silahlı müxalifətlə Əsəd ordusu arasında toqquşmalar yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB