“Fevralın 22-də Ankarada keçiriləcək “Regional Əməkdaşlığın Müvəffəqiyyət Örnəyi” adlı konfransının region ölkələrinin iqtisadi əlaqələrinin möhkəmlənməsində, oktyabrın 30-da açılışı olmuş Bakı-Tiblisi-Qars dəmir yolunun imkanlarının təqdimatında və qitələri birləşdirən BTQ dəmir yoluna yüklərin cəlb edilməsi baxımından böyük əhəmiyyəti olacaq”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, konfransda çoxlu ölkələrin diplomatları və siyasətçiləri iştirak edəcək: “Düşünürəm ki, BTQ dəmir yolunun imkanlarının təqdimatı konfrans iştirakçılarının marağına səbəb olacaq. Bu da BTQ yə yeni yüklərin cəlb edilməsinə yeni imkanlar dəməkdir. BTQ-nin tam gücü ilə işləməsi ölkəmizə böyük gəlirlər gətirməklə yanaşı Ələt azad iqtisadi zonasının işlənməsinə təkan verəcəkdir. BTQ-nin transit imkanları və Ələt azad iqtisadi zonasının yaradılması Azərbaycana yeni sərmayələrin cəlb olunmasını sürətləndirəcəkdir. Konfransın mövzusu aktualdır və “Regional Əməkdaşlığın Müvəffəqiyyət Örnəyi” adlandırılmasının da xüsusi əhəmiyyəti vardır. Yəni BTQ regional əməkdaşlığın örnəyidir. Asiya–Afrika–Avropanı birləşdirən bu layihə region ölkələrinin arasında iqtisadi,siyasi, mədəni əlaqələrin inkişafına gətirib çıxaracaq və Azərbaycan isə bu əlaqələrin döyünən ürəyi olacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB