Umud Rəhimoğlu: “Jurnalistlərin növbəti qurultayına əli dolu gedirik” AÇIQLAMA
“Bu gün Azərbaycan jurnalistlərinin VII qurultayına hazırlıq işləri davam edir. Mətbuat Şurasına üzv təşkilatlar Şuranın İdarə Heyətinin tərkibini müəyyənləşdirmək məqsədilə irəli sürdükləri namizədlərin və qurultayda iştirak edəcək nümayəndələrinin adlarını təqdim edirlər. Qurultaya hazırlıq işlərini intensivləşdirmək üçün namizədlərin və nümayəndələrin adlarının təqdim edilməsinin 25 fevral 2018-ci il tarixinədək yekunlaşdırılması qərara alınıb. Buna görə də bütün üzv təşkilatlardan həmin tarixədək üzərinə düşən öhdəliyi yerinə yetirmələri xahiş olunur”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.
Sədr müavini bildirib ki, Mətbuat Şurası yeganə böyük koalisiyadır: “Jurnalistlərimizin bütün problemləri, müzakirələri, qayğıları, xırda istəklərindən tutmuş böyük istəklərinə qədər bütün məsələlər Azərbaycan Mətbuat Şurasında öz həllini tapır. Bu mənada hesab edirəm ki, bizim növbəti qurultayımız yaxşı əhval-ruhiyyə ilə keçəcək. Biz orada bütün məsələləri incələyəcəyik və gördüyümüz işləri müzakirə edəcəyik. Həmçinin gələcək hədəflərimizlə bağlı müzakirələr aparacayıq. Əgər biz bundan əvvəlki qurultayı xatırlasaq təxminən ötən dövr ərzində Azərbaycan jurnalistləri iki dəfə mənzillə təmin olunublar. Ümumiyyətlə bütün dünyada – Avropa ölkələrindən bir incələmə aparsaq görərik ki, bu və ya başqa şəkildə mediaya dövlətin dəstəyi var. Azərbaycan mediası Azərbaycan vətəndaş cəmiyyətinin əsas tərkib hissəsindən biridir. Azərbaycan Mətbuat Şurası, Azərbaycan jurnalistləri növbəti qurultaya kifayət qədər əli dolu gedir.
Bu gün dünyada yeni media formalaşmaqdadır. Təbii ki, bizim mətbuatımıza mane olan, əngəl olan müəyyən qüsurlarımız da var ki, biz onu daxildə müzakirə edirik. Məsələn, bugünkü “reket jurnalitikası” sosial medianın imkanlarından istifadə edirlər. Bununla bağlı bizim qurultayda qərarlarımız olacaq. Bu gün Mətbuat Şurasında ən ciddi məsələlər müzakirə olunur. Ümumiyyətlə ötən 15 il ərzində çox böyük işlər görülüb”.
Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VII qurultayı mart ayının 10-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB