Erməni ekspert: “Ermənistan 1994-cü ildə Dağlıq Qarabağı tanımamaqla strateji səhv edib”
"Əgər Azərbaycan hərbi əməliyyatlara yenidən başlayarsa, Ermənistan Qarabağı tanımalıdır". SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri erməni ekspert Yervand Bozayan jurnalistlərə açıqlamasında deyib.
Hal-hazırda Ermənistanın Dağlıq Qarabağı tanıma mərhələsində olmadığını deyən ekspert bildirib ki, rəsmi İrəvan 1994-cü ildə "DQR"ni tanımamaqla strateji sərf edib. Bununla belə o, indiki halda belə bir addımın atılmasının Ermənistanın mənafeyinə cavab verməyəcəyini deyib. Oktyabrın 27-də Rusiyanın Həştərxan şəhərində keçirilməsi nəzərdə tutulan Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünə də toxunan Y.Bozayan vurğulayıb ki, görüşdə ciddi bir nailiyyətin əldə ediləcəyinə ümid bəsləmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB