Bu gün Ucarda qaz olmayacaq
Təmir işləri ilə əlaqədar bu gün 09:00-dan 19:00-dək Ucar rayonunun təbii qaz təchizatı müvəqqəti dayandırılacaq. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, həmin müddət ərzində Ucar şəhəri də daxil olmaqla rayonun bütün kənd və qəsəbələrinə təbii qazın verilişində məhdudiyyətlər yaranacaq. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə