Azərbaycan Baltik Assambleyasının komitə iclasında təmsil olunacaq

Azərbaycan Baltik Assambleyasının komitə iclasında təmsil olunacaq

Milli Məclisin deputatı, GUAM PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Əli Məsimli Baltik Assambleyasının İqtisadiyyat, energetika və innovasiyalar, Təbii ehtiyatlar və ətraf mühit məsələləri üzrə komitələrinin birgə iclasında iştirak etmək üçün fevralın 8-də Litvanın paytaxtı Vilnüs şəhərinə səfər edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, toplantıda Avropa Komissiyasının “Bütün avropalılar üçün təmiz enerji” adlı layihəsi təqdim olunacaq, Baltik dövlətlərində elektrik enerjisinin istehsalı və Avropa şəbəkələri ilə uyğunlaşdırılması, bərpa olunan enerji mənbələrindən istifadə edilməsi ilə əlaqədar məsələlərə baxılacaq.
Millət vəkili gündəlikdəki məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər fevralın 10-da başa çatacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə